MEGA Holding
İçindəki
2011-ci ildən etibarən “Meqa Makina” MMC “BMC“ şirkətinin Azərbaycandaki rəsmi distribyutorluğunu almışdır

Şirkətimiz inkişaf edərək bu ildən dünya bazarında ozüne layıglı yer tutmuş BMC şirkətinin Azərbaycanda rəsmi distribyutorluğunun alınmasına nail olub...>>>
BİM-7 ATSC
Ümumi təsvir
MEGA Holding şirkətlər qrupunun tərkibinə daxil olan BİM-7 ATSC (7 saylı Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi) 2000-ci ilin oktyabr ayında yaradılmışdı. Kompaniyanın əsas fəaliyyət istiqaməti – tikinti texnikasının icarəsi üzrə xidmətlərin göstərilməsidir. Traktor, qaldırıcı kran, müxtəlif ölçülü ekskavatorlar, yük, yerqazan maşınlar – bir sözlə, istənilən tikinti texnikası və avadanlığı, özü də dünyanın ən etibarlı istehsalçılarından - Sanko, Doosan-Daewoo, Hanwoo, MST, SHACMAN və s. – müştərilərin xidmətinə verilir. Şirkətin xidmətlərindən, demək olar ki, respublikanın bütün iri tikinti müəssisələri istifadə edir, çünki “BİM-7“ icarəyə verdiyi texnikanın keyfiyyətinə zamin durur. Bundan əlavə, kompaniyada çalışan və xaricdə treninq keçmiş yüksəkkvalifikasiyalı mütəxəssislər istənilən tikinti texnikasının təmiri üzrə xidmətlər də göstərir. Ən mürəkkəb məsələləri həll etməyə qadır olan peşəkar komanda – şirkətin əsas kapitalıdır. Professionallıq, işgüzarlıq və məsuliyyət – bu komandanın təməlini təşkil edən əsas keyfiyyətlərdir. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev cənub bölgələrinə səfəri zamanı Astara rayonunda tikilən Olimpiya İdman Kompleksində olmuşdur

15.04.2011
Azerbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başcısının diqqətinə çattırıldı ki, kompleksin inşasına Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının...>>>