MEGA Holding
İçindəki
Həmkarlar İttifaqı binasının əsaslı təmiri başa çatdı

Bakının ürəyində yerləşən bu bina, ətrafındakı Qoşa Qala və İçəri şəhər divarları ilə birgə şəhər mərkəzinin bir növ vizit kartıdır. Məhz bu səbəbdən bu tarixi binanın əsaslı təmiri xüsusi yanaşma tələb etdi.
Təmir işləri, demək olar ki, "sıfrdan" aparılırdı - Belçika istehsalı olan dəmir dam örtüyündən başlamış binanın işıqlandırma sisteminə qədər. MEGA Holding şirkətlər qrupuna daxil olan "İNTEKS" MMC kompaniyası tərəfindən həyata keçirilən təmir prosesində otaqlararası daxili divarlar tamamilə uçurularaq yenidən planlaşdırıldı...>>>
İŞKOM MMC
Ümumi təsvir
MEGA Holding şirkətlər qrupunun tərkibinə daxil olan İŞKOM kompaniyası - holdinqin ən gənc qurumlarından biri olaraq 2005-ci ilin avqust ayında təsis edilmişdi.
Fəaliyyət dövrünün nisbətən qısa olmasına baxmayaraq, şirkət möhtəşəm layihələr gerçəkləşdirir. Azərbaycan bölgələrinin Sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramını rəhbər tutaraq, hal-hazırda İŞKOM, Gəncə şəhərində ümumi sahəsi 12 hektar olan elit Gəncə-BUTA yaşayış kompleksini ucaldır. Kompleksə 3 kateqoriyada olan 89 ev daxildir: ekonom, premium və de-luxe. Onların sahəsi 190-290 kv. m, ətrafyanı sahəsi isə - 10-20 sot təşkil edir. Eləcə də kompleksin ərazisində möhtəşəm İnzibati mərkəz ucaldılır.
Ağıllı menecment, məqsəd və prioritetlərin düzgün seçilməsi sayəsində şirkət, partnyor və müştərilər qapşısındakı öhdəliklərini mükəmməl şəkildə yerinə yetirə bilir. Öz tikinti güvvəsi, texniki bazası və yüksəkkvalifikasiyalı kadrları olan İŞKOM kompaniyası istənilən mürəkkəblikdə məsələləri həll etməyə qadirdir.
Kompaniyanın fəaliyyət dairəsi çox genişdir və tikintinin bütün mərhələlərini əhatə edir: tikintiqabağı hazırlıq işlərinldəq tutmuş, bilavasitə obyektlərin təhvili, satışı və sonrakı istismarına qədər. Bütün tikinti mərhələlərində - tikinti meydançasının hazırlanmasından başlamış işlərin tamamlanmasınadək - peşəkar mütəxəssislərimiz keyfiyyətə və texnoloji normaların riayət olunmasına nəzarət edir.
Kompaniyanın məqsədi - müasir tikinti normalarına və potensial müştərilərin tələbatına cavab verən keyfiyyətli tikinti həcmlərinin daim artırılmasıdır.
Əsas prinsiplərimizdən biri isə - texniki və işgüzar inkişafın yeni səviyyələrinə yüksəlməkdir.
SIFE çempionatı

08.06.2008
MEGA Holding şirkətlər qrupunun nümayəndələri jüri üzvləri kimi 30 may 2008 il tarixində keçirilən "Tələbələr - Azad sahibkarlıq fəaliyyətində" (Students in free enterprise - SIFE) adlı Respublika çempionatında iştirak etdilər.
Qeyd etmək lazımdır ki, bu çempionat 2006-cı ildən başlayaraq respublika Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Gəncliyi" Dövlət proqramı (2005-2009) çərçivəsində keçirilir ...>>>