MEGA Holding
İçindəki
Həmkarlar İttifaqı binasının əsaslı təmiri başa çatdı

Bakının ürəyində yerləşən bu bina, ətrafındakı Qoşa Qala və İçəri şəhər divarları ilə birgə şəhər mərkəzinin bir növ vizit kartıdır. Məhz bu səbəbdən bu tarixi binanın əsaslı təmiri xüsusi yanaşma tələb etdi.
Təmir işləri, demək olar ki, "sıfrdan" aparılırdı - Belçika istehsalı olan dəmir dam örtüyündən başlamış binanın işıqlandırma sisteminə qədər. MEGA Holding şirkətlər qrupuna daxil olan "İNTEKS" MMC kompaniyası tərəfindən həyata keçirilən təmir prosesində otaqlararası daxili divarlar tamamilə uçurularaq yenidən planlaşdırıldı...>>>
İNŞAATÇI şirkəti
Ümumi təsvir
Tikinti şirkəti
1999-cu ildən fəaliyyət göstərən İNŞAATÇI şirkəti, MEGA Holding şirkətlər qrupuna daxil olan ilk kompaniyadır. Onun yaranmasının əsasını, yüksək keyfiyyəti ilə seçilən müasir mənzillərin inşaatı və satışı ideyası təşkil etdi. Şirkətin əsas fəaliyyət istiqaməti – villaların, eləcə də çoxmərtəbəli binaların tikintisidir. İNŞAATÇI, təkcə Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində belə yüksək dünya standartlarına cavab verən möhtəşəm layihələrin həyata keçirilməsi ilə məşğul olur. Tikintinin müxtəlif mərhələlərində ən yeni texnologiyalardan istifadə edən İNŞAATÇI, müasir tikinti norma və qaydalarına riayət edərək işin yüksək keyfiyyətini təmin edir. Şirkətin əsas prinsipi – işlərin vaxtlı-vaxtında və keyfiyyətlə icra olunması, sərfəli qiymətlər, eləcə də ehtiyatlardan səmərəli istifadədir. Müştərilərimizin inşaata sərf etdiyi investisiyalar çərçivəsində onların komfortlu yaşayışı üçün maksimal imkanlar yaratmaq şirkətimizin ən mühüm vəzifələrindəndir.
İNŞAATÇI şirkətinin həyata keçirdiyi ilk layihələrdən biri Həsənoğlu ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasıdır. Şirkətin ucaltdığı möhtəşəm MEGA CITY kompleksi isə Bakıda reallaşdırılan ən uğurlu layihələrin sırasında durur.
1999-cu ildən fəaliyyət göstərən İNŞAATÇI şirkəti, MEGA Holding şirkətlər qrupuna daxil olan ilk kompaniyadır. Onun yaranmasının əsasını, yüksək keyfiyyəti ilə seçilən müasir mənzillərin inşaatı və satışı ideyası təşkil etdi. Şirkətin əsas fəaliyyət istiqaməti – villaların, eləcə də çoxmərtəbəli binaların tikintisidir. İNŞAATÇI, təkcə Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində belə yüksək dünya standartlarına cavab verən möhtəşəm layihələrin həyata keçirilməsi ilə məşğul olur. Tikintinin müxtəlif mərhələlərində ən yeni texnologiyalardan istifadə edən İNŞAATÇI, müasir tikinti norma və qaydalarına riayət edərək işin yüksək keyfiyyətini təmin edir. Şirkətin əsas prinsipi – işlərin vaxtlı-vaxtında və keyfiyyətlə icra olunması, sərfəli qiymətlər, eləcə də ehtiyatlardan səmərəli istifadədir. Müştərilərimizin inşaata sərf etdiyi investisiyalar çərçivəsində onların komfortlu yaşayışı üçün maksimal imkanlar yaratmaq şirkətimizin ən mühüm vəzifələrindəndir.İNŞAATÇI şirkətinin həyata keçirdiyi ilk layihələrdən biri Həsənoğlu ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasıdır. Şirkətin ucaltdığı möhtəşəm MEGA CITY kompleksi isə Bakıda reallaşdırılan ən uğurlu layihələrin sırasında durur.
SIFE çempionatı

08.06.2008
MEGA Holding şirkətlər qrupunun nümayəndələri jüri üzvləri kimi 30 may 2008 il tarixində keçirilən "Tələbələr - Azad sahibkarlıq fəaliyyətində" (Students in free enterprise - SIFE) adlı Respublika çempionatında iştirak etdilər.
Qeyd etmək lazımdır ki, bu çempionat 2006-cı ildən başlayaraq respublika Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Gəncliyi" Dövlət proqramı (2005-2009) çərçivəsində keçirilir ...>>>