Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev cənub bölgələrinə səfəri zamanı Astara rayonunda tikilən Olimpiya İdman Kompleksində olmuşdur

Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev cənub bölgələrinə səfəri zamanı Astara rayonunda tikilən Olimpiya İdman Kompleksində olmuşdur
15.04.2011
Azerbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başcısının diqqətinə çattırıldı ki, kompleksin inşasına Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının...>>>
Əsas / Haqqımızda / Struktura

YENİ İNŞAAT MMC

Ümumi təsvir

Tikinti şirkəti
YENİ İNŞAATÇI MMCYüksəkixtisaslı tikinti strukturlarını bazara daxil etmək ənənəsini davam etdirərək MEGA Holding, 2004-cü ildə YENİ İNŞAAT tikinti şirkətini təsis etdi.
Ən müasir tədqiqat və topoqrafik çəkiliş avadanlığı, kompyuter və proqram təminatı ilə təchiz olunmuş YENİ İNŞAAT şirkəti, fəaliyyət göstərdiyi sahədə tam spektrdə xidmət göstərir. Bura, tikilən binaların plan,eskiz və kəsim sxemlərinin çəkilməsi, statik tədqiqatların aparılması, yol, eləcə də kanalizasiya planlarının hazırlanması , mexaniki və elektrik qovşaqları üzrə konstruktor işlərinin aparılması, hər növ layihə-konstruktor sənədlərinin hazırlanması və s. daxildir.
Şirkət daim apardığı əməliyyatların ətraf mühitə ola biləcək mənfi təsirini, eləcə də işçilərin sağlamlığı üçün yarana biləcək riskləri azaltmaqla, ümumi təhlükəsizliyi yüksəltməyə çalışır. Əldə etdiyimiz nailiyyətlərin təməlini, öz işini keyfiyyətlə yerinə yetirən, ekspert təcrübəsinə malik olan mühəndis, nəzarətçi və ustalardan ibarət komandamız, bilik və bacarığını layihələrin reallaşdırılmasına səfərbər etməyə hazır olan işçi potensialımız, yerli dövlət idarə və maliyyə müəssisələri ilə sıx əməkdaşlıq təşkil edir.
YENİ İNŞAAT şirkətinin ucaltdığı və ən uğurlu layihələrdən biri saydığı GREEN PALACE kompleksi bunun aşkar sübutudur.