MEGA Holding
İçindəki
Həsənoğlu küçəsində yaşayış evi
Ümumi təsvir

Yerləşdiyi ərazi
Yaşayış üçün daha münasib yer təsəvvür etmək belə çətindir. Həsənoğlu küçəsində yerləşən 9-mərtəbəli bina günün hər dəqiqəsini dəyərləndirən, hər anını dolğun yaşayan insanlar üçündür - Bakının mərkəzi, şəhərin istənilən nöqtəsi ilə rahat kommunikasiya. Burada həyat səhərdən axşamadək qaynayır - çoxsaylı mağazalar, kafe və restoranlar hər zaman xidmətinizdədir. Ürəyiniz sakitlik istəyəndə isə qocaman şəhər sakinlərinin sevimli istirahət güşəsinə - yaxınlıqda yerləşən gözəl kölgəli parka təşrif buyurun!
Öz eviniz - öz zövqünüz
Bu, İnşaatçı kompaniyasının ucaltdığı ilk yaşayış evidir. 9-mərtəbəli bu binada yaxşılaşdırılmış planirovkası olan 36 mənzil yerləşir. Belə evlərin üstünlüyü ondan ibarətdir ki, yaşayış sahəsini istədiyiniz kimi dəyişdirə bilərsiniz. Evinizin necə olması Sizdən və yalnız Sizdən asılıdır! Kimisə standart 3-otaqlı mənzil qane edir, kimsə bütün yaşayış sahəsini böyük bir zala çevirərək, öz idealını gerçəkləşdirir və işıq dolu geniş zalda özünü çox sərbəst hiss edir.

