İnşaatçılar prospektində yaşayış evi

Ümumi təsvir

İnşaatçılar prospektində yaşayış evi

Yerləşdiyi ərazi
2001-ci ildə tikilən bu çoxmərtəbəli ev dərhal potensial müştərilərin diqqətini cəlb etdi.
Çox qısa zamanda şəhərin ən mərkəzi və prestijli məkanlarından birində ucaldılan 9-mərtəbənin bütün mənzilləri öz bəxtəvər sahiblərini tapdı.
Şəhərin “amfiteatrı”, ekoloji cəhətdən təmiz rayon, şəhərə açılan gözəl mənzərə, Bakının istənilən nöqtəsi ilə rahat kommunikasiya - xoşbəxt ailə ocağı üçün daha nə lazımdır?

Optimal qiymətə ideal keyfiyyət
Bina yaxşılaşdırılmış planirovkası olan 38 mənzildən ibarətdir. Geniş otaqlar, böyük mətbəx, fasiləsiz su təminatı, heç bir məişət probleminin olmaması, istənilən komfort…
Adi evdə həmin məbləğə yalnız standart 1-otaqlı ev ala biləcəyi halda, 38 ailə burada 2 və 3-otaqlı mənzilə sahib oldular. Bunun sirri - layihələşdirmənin unikallığındadır. Yaşayış sahəsi rahatlıqla transformasiya edilə bilir - məhdud sahədə çox rahat, təkrarolunmaz yaşayış məkanı yaratmaq olur. Kimsə qonaq otağını yataq otağı ilə birləşdirərək öz mənzilini geniş studiyaya çevirir, kimsə hər otaqda iri pəncərəsi olan 2 və 3-otaqlı mənzilə üstünlük verir.
Zövqlər müxtəlifdir, lakin evin sakinlərini birləşdirən bir amil var: burada hər kəs minimum məsrəflərlə maksimum rahatlığa nail ola bild.