Gəncədə 9-mərtəbəli yaşayış evi

Ümumi təsvir

Gəncədə 9-mərtəbəli yaşayış evi
Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı üzrə Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramını rəhbər tutaraq, MEGA Holding öz fəaliyyət coğrafiyasını təkcə Bakı çərçivələri ilə məhdudlaşdırmır. Strateji əhəmiyyəti baxımından Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncənin infrastrukturu və onun inkişafı daim şirkətin diqqət mərkəzindədir.
Belə ki, 2006-cı ilin yanvar ayında holdinqin tərkibinə daxil olan "İNTEKS" kompaniyasının qüvvəsilə Miçurin-Atatürk küçələrinin kəsişməsində yeni 9-mərtəbəli bina ucaldılıb istismara verildi.
Bu, Gəncə şəhərində postsovet dövründə tikilən ilk çoxmərtəbəli binadır. Şəhərin mərkəzində yerləşən bu ev, eyni zamanda bir qədər aralıqda durur. 4 tərəfdən yaşıllıqla əhatə olunan binanın sanki öz müsbət ekoloji iqlimi var. Yaxınlıqdakı tikililərin üzərindən ucalaraq, 9-mərtəbəli bina ətraf landşaftı pozmadan ona müəyyən möhtəşəmlik gətirir. Gözoxşayan təkcə ətrafdakı yaşıllıq deyil - düz binanın qarşısında tikilən yeni unikal musiqi fəvvarəsi artıq Gəncənin ən baxımlı, ən sevimli güşəsinə çevrilib. İsti yay günlərində bura təkcə yerli sakinlər deyil, şəhərin qonaqları da istirahətə gəlir.
Münasib məkan - yeni tikilinin çoxsaylı üstünlüklərindən yalnız biridir. Ev 32 mənzildən ibarətdir ki, onların son dərəcə rahat planlaşdırılması standart layihələrdən çox fərqlidir. Geniş yaşıl həyət, eksteryer və interyerin müasir dizaynı, su hövzəsi, xüsusi elektrik alt-stansiyası, sabit su, qaz, işıq, eləcə də heç bir məişət probleminin olmaması - sakinlərin burada çox rahat və komfortlu yaşamasına zəmanət verir