Gəncə-ÇİNAR
yaşayış və biznes mərkəzi

Ümumi təsvir

Gəncə-ÇİNAR yaşayış və biznes mərkəzi
Ev insanın rahatlıq və sabitlik haqqında təsəvvürlərinin təcəssümü, onun rifahının sübutu və sosial statusunun təsdiqidir. Evdə hər şey ondan ötrü yaradılır ki, burada yaşamaq da, qonaq qəbul etmek də, dincəlmək və işləmək də rahat olsun.
"MEGA Holdinq" şirkətinə daxil olan "İNTEKS" MMC (Fry İnşaatçı);-nın sizə təklif etdiyi "Çinar" yaşayış kompleksi gözəllik, genişlik, rahatlıq, müasirlik və etibarhlığın təcəssümüdür.
Mənzillərin yerləşməsi, hündürlüyü və quruluşu üzrə layihələrin müxtəlifliyi müxtəlif tələbatları və mənafeləri olan adamların "Çinar"da maksimum rahatlıqla yaşamasını təmin etməyə kömək göstərəcək. Yaşayış kompleksi Gəncə şəhərinin yaraşıqlı və nüfuzlu rayonunda Xətai prospektinin və Ə.Hüseynzadə küçəsinin kəsişməsində yerləşir, müvafiq infrastruktura malikdir. "Çinar" ən yeni tikinti texnologiyalarından istifadə olunmaqla orijinal layihə üzrə tikilir. Nəfis arxitektura, geniş mənzillər, yuxarı mərtəbələrdə şəhərin mərkəzinə ümumi görünüşü olan bənzərsiz apartamentlər və qeyri-adi dərəcədə böyük olan mənzərəli eyvanlar "Çinar" yeni yaşyış kompleksinin başlıca fərqləri və üstünlükləridir.