MEGA Holding
İçindəki
Astara Olimpiya kompleksi
Ümumi təsvir

Ərazisi 4,67 hektar təşkil edən bu möhtəşəm kompleks Astara şəhərindən 3,5 km aralıqda, Xəzər dənizinin sahilində yerləşir. Burada ucaldılacaq bütün tikililərin seysmoloji möhkəmliyi 9 bala qədər zəlzələyə davamlıdır. 2009-cu ildə burada Avropa standartlarına cavab verəcək 2-mərtəbəli otel, eləcə də 5 kottec tikiləcək. Kompleksin ərazisində parkinq, qaçış zolaqları, qapalı üzgüçülük hovuzu, qazanxana, yanğından mühafizə hovuzu, elektrik alt-stansiyası, futbol, voleybol və basketbol meydançaları və tenis kortu nəzərdə tutulub.
Astara kompleksinin ərazisində çoxsaylı istirahət güşələri də yer alacaq.
Kölgəliklərdə yerəlşdirilən rahat oturacaqlar, sərinlik gətirən fəvvarələr, ürəkoxşayan mənzərələr - bütün bunlar gözəl istirahətinizi təmin edəcək.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü və səyləri nəticəsində Bakı, 2016-cı ildə Olimpiya oyunlarının keçirilməsinə namizəd olan şəhərlərin siyahısına daxil edilmişdir.
İlham Əliyevin təşəbbüsü ilə təkcə Bakıda deyil, bir çox bölgələrdə belə idman-sağlamlıq komplekslərinin ucaldılması və istismara verilməsi, müxtəlif idman növlərinin inkişafı üçün yaradılan möhkəm maddi-texniki baza - xalqın sağlam gələcəyinə yönəldilmiş müdrik siyasətin təzahürüdür.
Həmin müdrik siyasətin nəticələrindən biri də - beynəlxalq standartlara cavab verəcək yeni Olimpiya komplekslərinin tikilməsidir.


