MEGA Holding
İçindəki
Cəlilabad Olimpiya Kompleksi
Ümumi təsvir

Cəlilabadın şimalınla, rayonun çöllük hissəsində, magistral yolun kənarında yerləşən yeni kompleksin ərazisi 5,5 hektar təşkil edir. Burada otel, 6 kottec, idman zalı, üzgüçülük hovuzu, futbol stadionu, voleybol və basketbol meydançaları, tenis kortu və çoxsaylı istirahət güşələri yerləşdiriləcək. Maksimal komfortlu yaşayış üçün heç nə nəzərdən qaçırılmayıb - nəhəng su çəni, kompleksi elektrik enerjisi ilə fasiləsiz təmin edən transformator alt-stansiyası, qazanxana, parkinq, hətta avtobus dayanacağı!
Şəfalı iqlim, səfalı təbiət, Talış dağlarının əsrarəngiz mənzərəsi kompleksin gələcək populyarlığına elə bu gündən zəmanət verir.Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışmalarda əldə etdiyi parlaq nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının böyük siyasi qələbəsidir.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü və səyləri nəticəsində Bakı, 2016-cı ildə Olimpiya oyunlarının keçirilməsinə namizəd olan şəhərlərin siyahısına daxil edilmişdir.
İlham Əliyevin təşəbbüsü ilə təkcə Bakıda deyil, bir çox bölgələrdə belə idman-sağlamlıq komplekslərinin ucaldılması və istismara verilməsi, müxtəlif idman növlərinin inkişafı üçün yaradılan möhkəm maddi-texniki baza - xalqın sağlam gələcəyinə yönəldilmiş müdrik siyasətin təzahürüdür.
Həmin müdrik siyasətin nəticələrindən biri də - beynəlxalq standartlara cavab verəcək yeni Olimpiya komplekslərinin tikilməsidir.


