Layihələr

MEGA Holding şirkətlər qrupunun həyata keçirdiyi bütün layihələri birləşdirən əsas prisipi bir neçə sözlə ifadə etmək olar - "hər şey insan üçün, hər şey insan naminə". İstər orta kateqoriyalı çoxmərtəbəli yaşayış evi olsun, istərsə də elit rezidensiya, biznes mərkəzi və və Olimpiya kompleksi - fərq etməz: bütün layihələrin əsasında burada yaşayacaq, dincələcək və ya çalışacaq insanların rahatlığı durur.
Fəaliyyət dairəmizi tək Bakı ilə məhdudlaşdırmırıq. Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı üzrə Prezidentin imzaladığı Dövlət proqramını rəhbər tutaraq, rayonlarımızın infrastrukturunu inkişaf etdirmək üçün əlimizdən gələni əsirgəmirik.
MEGA Holding şirkətlər qrupunun daha bir əsas prinsipi - ucaldılan bütün obyektlərin ətraf mühitlə uyğunlaşması, harmonik vəhdət təşkil etməsidir.
Hər bir obyekt bizim üçün sadəcə tikili deyil, şəhərlərimizin, Vətənimizin inkişaf etdirilməsində zəhmət payımızdır. Ən əsası isə, gələcək nəsillər üçün qoyduğumuz mirasdır.
Hər layihəyə təkcə investisiya və materiallar deyi, həm də professionallıq, ən başlıcası isə - ürəyimizin bir parçasını qoyuruq. Yalnız belə olduqda adi tikili - Sənət əsərinə çevrilib tarixdə iz qoya bilər.
Bu prinsipləri rəhbər tutaraq, bu gün fəxr ilə deyə bilərik - öz möhtəşəmliyi və yaradıcı novatorluğu ilə fərqlənən MEGA Holding layihələri planetimizin istənilən meqapolisinə gözəllik gətirə bilər.