5-ulduzlu kompleks

5-ulduzlu kompleks

15.07.2008
Bakıda VİP üçün nəzərdə tutulan yeni 5-ulduzlu super-müasir kompleks - EDELWEISS residence ucaldılır.

MEGA Holding şirkətlər qrupuna daxil olan İNTEKS kompaniyası ən möhtəşəm layihəsi olan EDELWEISS residence çoxmərtəbəli kompleksin tikintisini həyata keçirir.
Yeni 5-ulduzlu kompleks Dəniz vağzalının yaxınlığında, M.Mehtizadə küçəsi 16 ünvanında tikilir. Şəhərin mərkəzi və eyni zamanda - dəniz sahilində yerləşən sakit ekoloji təmiz məkan... Öz memari və rəng həllinə görə kompleksin binaları dalğaları xatırladır və bunun sayəsində ətrafındakı dəniz landşaftı ilə ideal uyğunlaşır.
EDELWEISS residence kompleksinə 3 bina daxildir - 43-mərtəbəli Biznes mərkəzi və 36 mərtəbədən ibarət olan 2 yaşayış evi. 5-ulduzlu elit evlər cəmi 200 ailə üçün nəzərdə tutulub.
EDELWEISS residence - şəhər içində mini-şəhərdir. Onun ərazisində hər şey olacaq - kənar şəxslər üçün qapalı həyət və uşaq bağçasından tutmuş, butik, restoran, gözəllik salonları, fitnes-klub, avtonom alt-stansiyasına qədər.
Təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilərək ən müasir nəzarət və mühafizə sistemi tətbiq ediləcək. Videomüşahidə fasiləisz olaraq günün 21 saatı aparılacaq, binalara, yeraltı qaraja və digər obyektlərə giriş yalnız xüsusi buraxılış kartları ilə olacaq.
Azərbaycanda ilk dəfə bu binalarda avtomatik tozsovuran sistem, innovasiyalı zibilatma sistemi əv «Ağıllı Ev» sistemi tətbiq ediləcək. «Ağıllı» və ya «İntellektual ev» vasitəsilə divanda oturub mənzilinizin istənilən nöqtəsini pult vaitəsilə işıqlandıra biləcək, lazımi temperatur yaradacaq (iqlim kontrolu) və videomüşahidə apara biləcəksiniz.
Yeni kompleksdə nəzərdə tutulan yaşayış keyfiyyətinin bu gün Azərbaycanda analoqu yoxdur.