MEGA Holding
İçindəki
Uğur 2007 mükafatı
MEGA Holding şirkətlər qrupuna daxil olan Meqa İnşaatçı MMC (indi MEQA MAKİNA) Avtomobil və tikinti texnikasının satışı üzrə Keyfiyyət nişanı nominasiyasında 2007-ci ilin Uğur mükafatına layiq gorülmüşdür. Bu əlamətdar hadisə kompaniyanın inkişafı tarixində yeni mərhələ deməkdir - artıq qüsursuz imic ən üstün meyara çevrilib. Sirr deyil ki, tikintinin keyfiyyəti və deməli, evlərimizin möhkəmliyi, həyatımızın keyfiyyəti, bilavasitə tikintidə istifadə edilən texnika və avadanlıqdan asılıdır. Fəaliyyət göstərdiyi dövrdə MEQA MAKİNA, yüksəkkeyfiyyətli ağır tikinti texnikası və yol-tikinti avadanlığının ən etibarlı təchizatçısı kimi tanınmışdır. Şirkət, dünyanın tikinti sektorunda fəaliyyət göstərən ən məşhur istehsalçıların Azərbaycandakı yeganə rəsmi distribyutorudur, o cümlədən Sanko, Doosan-Daewoo, Hanwoo, MST, və SHACMAN Avtomobile Import & Exsport Co. LTD kompaniyalarının. MEQA MAKİNA, müxtəlif ölçülərdə ekskavator, özüboşaldan, yedəkçi və yük maşınları, betonqarışdırıcılar, yol tikinti maşınları, beton pomp, bekoloder və loder, eləcə də 1 tondan 15 tona qədər elektrik, qazolin və dizelli avtokarları yerli istehlakçılara təklif edərək ucaldılan obyektlərin yüksək keyfiyyətini təmin edir. Tikinti texnikası və yol-tikintisi avadanlığının satışı ilə yanaşı MEQA MAKİNA zəmanətli və zəmanətdənsonrakı servislərin göstərilməsi ilə də məşğuldur. Bu səbəbdən Azərbaycanın bir sıra iri təşkilatları, o cümlədən, Azərtuneltikinti, Azərenerji, Akkord, Azvirt və başqaları, məhz MEQA MAKİNA ilə əməkdaşlığa üstünlük verir.
Qalereya
Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev cənub bölgələrinə səfəri zamanı Astara rayonunda tikilən Olimpiya İdman Kompleksində olmuşdur
15.04.2011
Azerbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başcısının diqqətinə çattırıldı ki, kompleksin inşasına Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının...>>>