Olimpiya komplekslərinin tikintisi

Olimpiya komplekslərinin tikintisi

Bölgələrdə Olimpiya idman-sağlamlıq komplekslərinin tikilib istismara verilməsi çox önəmli rol oyanyır - birincisi, həmin bölgələrin sosial-iqtisadi inkişafı üçün, İkincisi - Azərbaycanda ilman hərəkatının tərəqqisi üçün. Xalqın sağlamlıq mənbəyi olan idman, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin prioritet istiqamətlərindən biridir. Astara və Cəlilabad şəhərlərində beynəlxalq standartlara uyğun Olimpiya komplekslərinin ucaldılması haqqında qəbul olunan qərar bunun növbəti sübutudur. Hazırda, holdinqin tərkibinə daxil olan İNTEKS kompnaiyası tərəfindən Astara Olimpiya kompleksinin 4,67 hektar ərazisində aktiv tikinti işləri aparılır - belə ki, əsas binanın fermaları quraşdırılıb, üzgüçülük hovuzu, qazanxana, elektrik alt-stansiyası, daimi su təchizatını təmin edəcək su hövzəsinin tikintisi başlanıb. Parallel şəkildə İNTEKS şirkəti tərəfindən sahəsi 5,5 hektar olan ərazidə Cəlilabad kompleksi də ucaldılır. Burada əsas binanın təməli qoyulub, Bakıda zavod şəraitində fermalar yığılır. Prezident İlham Əliyevin sözlərinə görə, İdman-Olimpiya komplekslərinin tikintisi Azərbaycanın güclü iqtisadi potensiala malik olmasını və idman infrastrukturunun Olimpiya oyunları kimi səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu göstəri.