MEGA Holding
İçindəki
Holdinq haqqında
1999-cu ildə öz fəaliyyətinə başlayan İNŞAATÇI firması müştəri və partnyorların etibarını qazanaraq çox qısa zamanda Azərbaycan bazarında lider mövqeyini tutdu və nəhəng MEGA Holding şirkətinə çevrildi.
İNŞAATÇI adı holdinqin taleyində həlledici rol oynadı. Bu gün onun tərkibinə tikinti və əlaqəli fəaliyyətlə, o cümlədən tikinti texnikasının satışı və çatdırılması, asfalt istehsalı və salınması, trassa magistrallarının yeniləşdirilməsi, memarlıq və interyer dizaynı, beton istehsalı və s. bu kimi işlərlə məşğul olan 10 kompaniya daxildir. Həmin kompaniyaların bir holdinq daxilində birləşməsi məqsədyönlü yekdil iş siyasətini həyata keçirməyə imkan verir və bunun nəticəsində əlavə iqtisadi effektə nail olmaq mümkün olur.
Bizim üçün tikinti - sadəcə fəaliyyət növü deyil. Bu adi tikintinin QURUCULUĞA çevrilməsi və bunun nəticəsində yaranan həyat tərzi, düşüncə tərzidir.
İlk öncə fəaliyyətimizin əsas istiqaməti orta kateqoriyalı evlərin investisiyası idi. Bu gün isə holdinq şəhərin ən gözəl yerlərində müvəffəqiyyətlə Premium və De Luxe səviyyəli komplekslər ucaldır, təkcə biz, azərbaycanlıları deyil, hətta xariciləri valeh edən layihələri həyata keçirir. Bu layihələr o dərəcədə orijinaldır ki, planetimizin istənilən meqapolisinin yaraşığı ola bilər. ...>>>
MEGA Holding-in tərkibinə aşağıdakı şirkətlər daxildir:
MEGA Holding - Ilin holdinqi

15.12.2011
14 dekabr tarixində "Buta Palace"da "Azəri Business Award 2011" - biznes sahəsində milli mükafatın təqdimat mərasimi keçirildi.
Business Time jurnalının məlumatına əsasən biznes sahəsində "Azəri Business Award" milli mükafatının təqdimat mərasimi üçüncü ildir ki, keçirilir və iqtisadi sektorda ən nüfuzlu mükafatlardan biri hesab olunur...>>>